Menu

Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqandırılıb

18.10.2020, 19:19
Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqandırılıb

Gürcüstanın paytaxtı Tbilisinin əsas simvollarından biri olan televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, teleqüllə 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyinin 29-cu ildönümü münasibətilə axşam saatlarından etibarən göy, qırmızı və yaşıl rənglərdə işıq saçmağa başlayıb.

Tbilisi meriyasından bildirilib ki, bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir: "Tbilisi teleqülləsi ənənəvi olaraq dost və tərəfdaş ölkələrin müstəqillik və ya digər əlamətdar günləri münasibətilə həmin ölkələrin bayraqlarının rəngləri ilə işıqlandırılır"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol