Menu

Fahişəxana çıxan Çay Evi məşhur müğənninindir- Fotolar (YENİLƏNDİ)

10.10.2014, 14:27
Fahişəxana çıxan Çay Evi məşhur müğənninindir- Fotolar (YENİLƏNDİ)

Binəqədi rayonunda əxlaqsızlıq yuvası aşkarlanıb. DİN-dən verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əxlaqsızlıq yuvası aşkarlanıb.

Xaçmaz rayon sakini Heybət Nemətovun Binəqədi rayonu ərazisindəki “New Life” çay evində gəlir əldə etmək məqsədi ilə əxlaqsızlıq yuvası təşkil etdiyi məlum olub.

“New Life” çay evi məşhur müğənni Elçin Hüseynova məxsusdur.

“Qafqazinfo” xəbər verir ki, bir neçə ay əvvəl şou saytlarının birində kafe ilə bağlı reklam materialı yayımlanıb və həmin xəbərdə obyektin Elçin Hüseynova məxsus olması qeyd olunub. Məlumatda həm çay evi, həm də pub və Avropa mətbəxti kimi fəaliyyət göstərən "New Life"ın 24 saat müştərilərinin üzünə açıq olduğu yazılıb.

Daha sonra bildirilir ki, “New Life" açılan gündən tanınmışların ən çox getdiyi məkandır. Məşhurlar əbəs yerə “New Life” klubunu seçmirlər. Çünki burada mükəməl xidmət var. Məkan qonaqlarını geniş və şəxsi (VİP) otaqlarla xidmət etməklə yanaşı “playstation 3” oyunlarını müştərilərə təklif edir. "New life"da 6 VİP, 4 "besetka", 70 ümumi zal var.

Qeyd edək ki, Elçin Hüseynov Yusif Mustafayevin qaynıdır.

Axşam.az-a açıqlama verən E.Hüseynov məsələ ilə əlaqədar bunları deyib:

“Bütün hamı mənim nə cür insan olduğumu bilir. Qətiyyən mənim məkanımda elə bir hal baş verə bilməz. Həmin çay evi sənəd üzərində mənə məxsus olmasa da, oranı özüm işlədirəm. Mənim namusum, mədəniyyətim hər kəsə bəllidir. Orada çox məşhurlar olur, heç kim indiyə kimi bu cür halla qarşılaşmayıb. Adıma belə bir qara yaxanın özü tərbiyəsiz, mədəniyyətsizdir. Bunu yazan insanı da məhkəməyə verəcəm. Bir yerdə ki, mən oturub-dururam, orada əxlaqsızlıq ola bilməz. Mənim adım-sanım var. Sənətim var. Buna xələl gətirə bilməzlər”.

***

““New Life” çay evi barədə deyilənlər yalandır, ora ən abırlı yerdir. Sənət adamları tez-tez ora yığışır”.

AzNews.az xəbər verir ki, bunu müğənni Yusif Mustafayev deyib. O, çay evinin qayını Elçin Hüseynova məxsus olduğunu təsdiq edib.

Y.Mustafayev əlavə edib ki, “New Life” çay evinin ətrafında yaranan söz-söhbət böhtan xarakterlidir: “Tamamilə yalan sözdür. Onlar abırlı adamlardır. Bu, onları istəməyənlərin uydurmasıdır. Allah haqqı yalan sözdür. Ora ən abırlı yerdir, sənət adamları həmişə bura gəlir”.

Qeyd edək ki, “New Life” çay evinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əxlaqsızlıq yuvası olduğu aşkarlanıb.

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol