Yaxın günlərdə Koreya Xalq Demokratik Respublikasının (KXDR) paytaxt Pxenyanda keçirdiyi nümayişkəranə parad Yaponiya hökumətini bir qədər də artıq qayğılandırıb.
Rusiya Elmlər Akademiyası Uzaq Şərq İnstitutunun Yaponiya Araşdırmalar Mərkəzinin böyük elmi işçisi Oleq Kazakovun qeyd etdiyi kimi, bunları görəndən sonra Yaponiya qorxuya düşüb və Amerika Birləşmiş Ştatlarından (ABŞ) dəstək istəyib.
«Yaponiyada Koreya təhlükəsini real qəbul edirlər. Tokio KXDR-nın müxtəlif vaxtlarda onun tərəfinə sınaq raket uçuları həyata keçirməsindən, o cümlədən, nüvə sınaqlarından qorxuya düşüb. Məhz ona görə də Yaponiya tərəf Şimali Koreyanın raketqayırma sahəsindəki bəzi yeniliklərini görəndə, ani olaraq ona reaksiya verir. Təbiidir ki, hərbi sahədə Yaponiyanın yeganə real həmkarı ABŞ-dır, ondan başqası yoxdur» - ekspert danışıb.
O, izah edib ki, bir sıra səbəblərdən dolayı Yaponiya öz istehsalı olan müasir hava-hücumundan müdafiə sisteminə malik deyil, üstəlik də bu ölkənin müharibə aparmaq sahəsində o qədər də böyük təcrübəsi yoxdur. «Əlbəttə, onlar bunu yaxşı anlayırlar və ABŞ-la əməkdaşlıq etməyə məcburdurlar, çünki ABŞ-ın köməyi olmadan bu gün Yaponiya mövcud təhlükə qarşısında özünü tam köməksiz vəziyyətdə hiss edir» - deyə, Kazakov qeyd edib.
«Tam aydındır ki, Yaponiya özünün hərbi büdcəsini elə sistemlər almağa xərcləyəcək ki, o sistemləri özləri optimal effektli hesab edəcəklər. Mənim fikrimcə, bu, çox mürəkkəb prosesdir, başqa sözlə, amerikalılar onu istəyirlər ki, artıq ortada var, yaponlar isə KXDR və Çindən gözlənilən təhlükələr fonunda yeni texnologiyalar üzrə qarşılıqlı tələblər irəli sürürlər…» - ekspert şərh edib.
AzPolitika.info


Şərhlər