Bu ilin yanvar-sentyabr aylarında Gürcüstandan Azərbaycana 5,6 milyon ABŞ dolları dəyərində 2 853,3 ton iribuynuzlu diri heyvan (mal-qara) ixrac olunub.
Bu barədə “Report”un yerli bürosuna Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.
İllik müqayisədə məhsulun həcmi 29,1% azalıb.
9 ay ərzində Azərbaycan qonşu ölkədən ümumi dəyəri 2,5 milyon ABŞ dolları olan923,9 ton kiçikbuynuzlu diri heyvan (qoyun və keçi) də idxal edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə idxalın həcmi 32,2% artıb.


Şərhlər