Menu

Britaniyada koronavirusdan rekord sayda ölüm qeydə alınıb

20.10.2020, 22:26
Britaniyada koronavirusdan rekord sayda ölüm qeydə alınıb

Böyük Britaniyada koronavirus (COVID-19) infeksiyasına 21 331 yeni yoluxma faktı qeydə alınıb. “Report”un məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi xəbər yayıb.

Qeyd olunub ki, son sutka ərzində koronavirusdan rekord sayda ölüm qeydə alınıb -241 nəfər.

Hazırkı dövrədək ölkədə 762 542 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 43 967 nəfər vəfat edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol