Menu

“ŞUŞA, XOCALI VƏ KƏLBƏCƏRİ DÖYÜŞLƏ ALMALIYIQ!” – “Bu bizim şərəf məsələmizdir”

21.10.2020, 12:55
“ŞUŞA, XOCALI VƏ KƏLBƏCƏRİ DÖYÜŞLƏ ALMALIYIQ!” – “Bu bizim şərəf məsələmizdir”

“Düşünürəm ki, atəşin dayandırılması üçün Azərbaycana ciddi təzyiq göstəriləcək. Ola bilsin ki, Lavrovun 5+2 prinsipi əsasında tənzimləmə planından kənara çıxmamaq tələb olunsun. Yəni 5 rayonu azad edin və dayanın. Qalan məsələlər danışıqlar yolu ilə həll olunsun. Bu isə bizi qətiyyən qane etmir”.

“AzPolitika” xəbər verir ki, bunları Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Xarici İşlər naziri Ceyhun Bayramovun Vaşinqtona gözlənilən səfərindən gözləntiləri haqda suala cavab verərkən deyib.

Partiya sədri hesab edir ki, minimum məqsədlərə çatanadək hər cür təzyiqə hazır olmalıyıq.

“Prezident də söylədi ki, Şusa işğaldan azad olunmasa, bu, problemin yarımçıq həlli olardı. Bundan başqa, Qarabağın zirvəsi və qüruru olan Kəlbəcəri, o cümlədən soyqırım qurbanlarının narahat ruhunu sakitləşdirmək və şad etmək üçün Xocalını döyüşlə azad etməliyik. Strateji əhəmiyyəti ilə yanaşı, bu bizim borcumuz və bir millət olaraq şərəf məsələmizdir. Beləliklə, 5 rayondan əlavə Kəlbəcəri, Şuşanı və Xocalını döyüşlə aldıqdan sonra xarici təzyiqlər çox güclü olarsa və bu müharibənin başqa dövlətlərin də qatılmasıyla daha geniş miqyas almasına yol aça bilərsə, atəşin dayandırılmasına razılaşıb digər məsələləri Azərbaycanın ərazi bütövlüyü çərçivəsində danışıqlar yolu ilə həll edə bilərik. Əlbəttə, bu mənim minimum etməli olduqlarımıza dair mövqeyimdir və əminəm ki, Ali Baş Komandan torpaqlarımızın azadlığı üçün mümkün olan hər şeyi və daha artığını edəcək”.

ABŞ-ın, Azərbaycan hücumlarını dayandırmayacağı təqdirdə sanksiya tətbiq etməsi ehtimalına gəlincə, Q.Həsənquliyev hesab edir ki, bu bizi ciddi narahat etməməlidir. “Böyük dövlətlərin dünyanın nizamını pozması və istədikləri vaxt beynəlxalq hüquqa tüpürmələri adi haldır. Onlar bir dəfə işğalçıya kömək məqsədilə 1992-ci ildə bunu ediblər. Torpaqlarımızın azadlığı üçün öncə qeyd etdiyim minimal məqsədlərə çatmayana qədər hər cür təzyiqlərə və çətinliklərə hazır olmalıyıq, çünki biz işğala qarşı və milli qürurumuz üçün vuruşuruq”.

“AzPolitika”

Şərhlər

B.Qarabağlı 2020-10-25 21:53:54

Cənab Bütöv Sədr, bəlkə Siz deyən döyüşlərə ehtiyac qalmayacaq? Axı, Ermənistandan qovulmuş yarım milyon nəfər azərbaycanlının və işğalçı dövləti tərk etmiş yarım milyon ermənilərin mülklərində yaşayıb, çalışacaq insanlar çatışmır?

TARIX 2020-10-22 11:10:33

VƏTƏNDAŞA-ƏLA YAZMISAN.

Boris Ocaqov 2020-10-22 09:16:54

nədən nisbi demokrat faşist sayılan ermənilər Ermənistan qovulmuş azərbaycanlıların əvəzinə ora köçməsinlər? Hay, yoxsa Hoy?

RT 2020-10-22 03:51:29

Xalqimiz bilir kim kimdi !!!

Qarabagli 2020-10-21 22:53:57

Sonadek vurusmaliyiq.Danisiqlar bitib.30il danisdiq yeter.Silahlar danismalidir.Bu ermeniler ancaq bu dilden anlayir

Vasif 2020-10-21 18:50:20

Bu adamdan baş açmaq olmur nə dinə qulluq edir?

Pisi 2020-10-21 18:37:43

Qudret Hesenquliyev Sergey Soyqunun dostunun dostudu...

Culfa 2020-10-21 18:20:37

Qüdrət bəy, zağar-zağar danışma. Keçən dəfə demişdim axı, adlı siyahı təqdim elə, görək sizin qohum-əqrəbadan səfərbərlikdə kimlər var? Övladların haradadır? Onlar Harami düzünü tanıyırmı?

Miri 2020-10-21 17:19:24

Paşinyan danışıq istəmir. ..

Amon 2020-10-21 16:41:20

Duz qeyd etdiniz Xocalini vurusaraq almaliyiq bu bizim seref meselemizdi.umumiyyetle dusmeni alcaldaraq torpaqlarimizi almaliyiq nece ki aliriq hem ermenistan hemde dunya olkeleri anlasin ki turkle oyun oynamaq olmaz biraz ozlerini yigisdirsinlar

Kazım 2020-10-21 14:33:32

Prezidentimiz deyir düşmə torpaöımızdan çıxsın sonra danışıq ola bilər. Qüdrət Həsənquluyev yenə başlayıb nala-mıxa vurmağa.

Sahib 2020-10-21 14:25:59

Paşinyanla sənin fikirlərinin fərqi azdır. 1 rayon

Vətəndaş 2020-10-21 14:23:09

Qüdrət sən bəlkə anti-milli qərar vermək əvəzinə gedəsən müharibəyə

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol