Menu

“DİPLOMATİK HƏLL YOXDUR” – Paşinyan danışıqlardan imtina etdi

21.10.2020, 17:02
“DİPLOMATİK HƏLL YOXDUR” – Paşinyan danışıqlardan imtina etdi

Ermənistan Baş naziri Nikol Paşinyan "Facebook" səhifəsində canlı yayımda bildirib ki, hazırki mərhələdə Qarabağ münaqişənin diplomatik yolla həlli barədə danışmaq mənasızdır. 

"Qarabağ probleminin, heç olmasa bu mərhələdə, əslində diplomatik yolla həll edilə bilməyəcəyini anlamalıyıq" - deyə o vurğulayıb.

N.Paşinyan bildirib ki, Ermənistan hakimiyyəti dəfələrlə məsələni qarşılıqlı kompromislər əsasında həll etməyə hazır olduğunu bildirib: "Ancaq təcrübə göstərdi ki, bu məntiq erməni tərəfi üçün məqbul, Azərbaycan tərəfi üçün qəbuledilməzdir. Bakının bütün diplomatik taktikaları və strategiyası dəyişməz olaraq qalır. Yəni danışıqları və digər müxtəlif amilləri nəzərə alaraq razı olduğumuzu və ya razılaşacağımız şərtləri Azərbaycan artıq qəbul etmir".

Onun fikrincə, bu mərhələdə hər hansı bir diplomatik qərar barədə danışmaq mənasızdır.

"AzPolitika.info"

Şərhlər

Roma 2020-10-21 18:13:10

bu saat yüz variant fikirləşir o ...tülkü...

Şaiq 2020-10-21 17:49:30

Nikoloz, indiki vəziyyətdə yeganə və ən düzgün yol kapitulyasıyadır.

Şaiq 2020-10-21 17:49:30

Nikoloz, indiki vəziyyətdə yeganə və ən düzgün yol kapitulyasıyadır.

Vətəndaş 2020-10-21 17:10:27

Yaxşı ki bu alçaq erməni danışığa getmək istəmir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol