Menu

Düşmən öldürülən daha 62 əsgərinin adını açıqladı – Rəsmən 834 oldu, amma...

21.10.2020, 18:06
Düşmən öldürülən daha 62 əsgərinin adını açıqladı – Rəsmən 834 oldu, amma...

Ermənistanın Müdafiə Nazirliyi döyüşlərdə öldürülən hərbçilərin növbəti hissəsini açıqlayıb.

"AzPolitika.info" xəbər verir ki, 21 oktyabr tarixinə daha 62 nəfərin adı əlavə edilib. Beləliklə, Ermənistan 834 hərbçinin ölümünü rəsmən etiraf edib. Bu rəqəmin düşmənin itkilərinin cüzi bir hissəsini təşkil etməsi həm Azərbaycan, həm də Ermənistan cəmiyyətinə yaxşı məlumdur. Müdafiə Nazirliyinin təkcə son iki gündə yaydığı videokadrlarda yüzlərlə erməni hərbçisinin öldürüldüyü aydın görünür.

Ermənistan sosial şəbəkələrində ölü sayının 10 minə yaxınlaşdığı barədə çoxsaylı paylaşımlara rast gəlmək mümkündür.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol