NATO-nun Baş katibi Yens Stoltenberq və Ermənistan Prezidenti Armen Sarkisyan Brüsseldəki NATO qərargahındakı görüşlərdən sonra mətbuat konfransı keçirib.
Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
“Cənab prezidentə NATO-nun bu döyüşlərin bir parçası olmadığını xatırlatdım. Azərbaycan da, Ermənistan da 25 ildən artıq müddətdir ki, NATO-nun dəyərli ortaqlarıdır”, - deyə NATO Baş katibi bildirib.
NATO-nun atəşkəsin pozulması səbəbilə narahat olduğunu vurğulayan Yens Stoltenberq anlaşmazlıqların bitməsi və sülh yolu ilə həllini tapılmasının vacibliyini qeyd edib.
“Dinc əhalinin hədəf seçilməsi qəbuledilməzdir və dərhal dayandırılmalıdır. Hər kəs daimi bir siyasi həll üçün çalışmalıdır. Ermənistan və Azərbaycan müzakirələrə davam etməlidir”, - deyə Y.Stoltenberq bildirib.

Şərhlər
Görünür NATO da öz Beynəlxalq Hərbi Müdafiəçi vəzifəsini itirib, yoxsa işğalçı Bağdadı bombardman etmiş ABŞın bəzi dövləti rəsmiləri kimi erməni-faşist mafialarına satılıb?
Əcaib münasibətdir? Rəsmi Fərman və Hərbi Terrorla işğal edilmiş Azərbaycan NATOdan mudafiə istəmir, işğalçı yardım istəyir? Yoxsa, KTMT NATOnu da Təhlükəsizlikdən, Hərbi İşğalçılıq qurumuna çevirmək istəyir?
Ay əclaf ermeniler,NATO ya,fransaya mozambike getdiyinize,gelin bizim hormetli prezident IlhamƏliyevin ayaqlarindan öpun yalvarin.Elese elese o size nese eliyer.Gedib uzaq olkelerde az onun bunun ayaqlarini yalayin ay pasik masik.