Menu

Pakistan səfiri Azərbaycan xalqını təbrik etdi - Ordunun qazandığı uğurlar münasibətilə

22.10.2020, 01:39
Pakistan səfiri Azərbaycan xalqını təbrik etdi - Ordunun qazandığı uğurlar münasibətilə

"İşğal altında olan ərazilərin azad olunması istiqamətində gedən əməliyyatlarda Azərbaycan Ordusunun qazandığı uğurlar münasibəti ilə Azərbaycan xalqını təbrik edirəm". Bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee deyib.

Diplomat bildirib ki, tarixi dostluq və qardaşlıq əlaqələri olan Pakistan və Azərbaycan beynəlxalq platformalarda uğurla əməkdaşlıq edib və edir.

"Pakistan Dağlıq Qarabağ münaqişəsinin ədalətli və hüquqi həllini dəstəkləyir və bu məsələdə Azərbaycan xalqının və hökumətinin yanındadır", - deyə səfir vurğulayıb.

Şərhlər

Xalq 2020-10-22 11:50:23

ÇOX SAĞ OLUN QARDAŞLAR DƏSTƏYƏ GÖRƏ.

Nazim 2020-10-22 07:33:24

haqqin yaninda oldugun ucun sagol Pakistan!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol