Konqres “DQR”-i tanıya bilərmi?

Rusiya KİV-nin məlumatına görə, üzdəniraq “Dağlıq Qarabağ respublikasının” (DQR) müstəqilliyinin tanınması barədə qətnamə layihəsi Amerika Birləşmiş Ştatları (ABŞ) Konqresi Nümayəndələr Palatasının müzakirəsinə təqdim olunub. Layihənin müəllifi demokrat-konqesmen Qreys Napolitanodur.

Sənəd barədə siyasətçi öz «Tvitter» səhifəsində xəbər verib. Arvad konqresmen ABŞ-ı DQR-nın müstəilliyini rəsmən tanımağa çağırıb və bunu «azadlığın yolu» adlandırıb.

Xatırladaq ki, rəsmi Bakı bundan əvvəl bəyan etmişdi ki, Dağlıq Qarabağın müsətəqilliyini tanıyacaq hər-hansı ölkə ilə diplomatik münasibətləri kəsəcək.

Məlum olduğu kimi, ABŞ Rusiya və Fransa ilə birdikdə ATƏT Minsk Qrupunun 3 həmsədrindən biridir və guya, 26 ildir ki, bu münaqişənin dinc yolla həlli istiqamətində vasitəçilik edir. Minsk Qrupu isə məxsusi olaraq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məqsədilə yaradılıb. İndi 26 ildən sonra bu xilafi-vasitəçi “DQR”-nın müstəqilliyi barədə «şeypur çalmağa» başlayır. Əcəb vasitəçilikdir…

Hamıya məlumdur ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisi və ayrılmaz hissəsidir. Dünya ölkələri, o cümlədən ABŞ dövləti və BMT Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. İndi Amerikada bir arvad peyda olub və dünyaya «azadlıq dərsi» keməyə başlayıb. Görünür, konqresmen arvadın ya ağlı çaşıb, ya da zavallı gerçəkdən «qudurub».

Bir atalar məsəlində deyildiyi kimi, «naqis təcrübə yoluxucu olar». Deməli, bundan sonra dünya ölkələrinin parlamentləri ayağa qalxıb, Amerikadakı erməni icmasının müstəqilliyini tanısa, onları heç kim qınamayacaq?!

Suveren dövlətin daxili işlərinə burun soxmaq utancverici təcrübədir və ABŞ dövlətinin beynəlxalq statusu ilə heç cür uzlaşmır…

Mirzə AĞ

AzPolitika.ifo

635x100

Şərhlər

Özgür 2020-10-22 11:09:27

Azərbaycan ABŞ-ın bütün ştatlarının müstəqilliyini tanımalıdır.

Xalq 2020-10-22 11:07:13

Əgər belə getsə dünyada "müstəqillik" paradları gerçəkləşəcək. Hansı dövlət hansını parçalamaq istəsə onun tərkibindəki muxtar vilayətlərin müstəqilliyini tanıya bilər? Dünya dağılar ki.

t.ədalət 2020-10-22 09:56:23

Konqresin belə axmaq addım atacağına inanmıram.Çünki "DQR" bolşevik hakimiyyəti dövründə yaradılıb ki,bu da beynəlxalq aləmdə tanınmayan,daha doğrusu bic quruluş adlandırılan bir sistem idi.Bu üzdəniraq sistemi konqres tanıyarsa,o zaman konqresin marksist-leninçi bir idarə olduğu təsdiqlənər.

Son yazılar