Menu

Putin MDB liderlərini Moskvaya çağırdı

10.10.2014, 16:40
Putin MDB liderlərini Moskvaya çağırdı

Rusiya prezidenti Vladimir Putin MDB ölkələrinin liderlərini Böyük Vətən müharibəsində qələbənin 70 illiyi münasibətilə keçiriləcək təntənəli bayram tədbirlərinə dəvət edib.

Bu barədə "Trend" RİA Novosti-yə istinadən məlumat verir.

V.Putin bu gün Minskdə keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında deyib: "Ümumi borcumuz bu əlamətdar yubileyi birlikdə layiqli şəkildə qeyd etməkdir. Fürsətdən istifadə edib, Sizi, hörmətli həmkarlarımı 2015-ci ilin mayında təntənəli tədbirlərdə iştirak etmək üçün Moskvaya səfərə dəvət edirəm”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol