Terrorçu Ermənistan dövləti 22 oktyabrda Qarabağdakı itkiləri barədə rəsmi açıqlama yayıb. Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir.
Məlumatda deyilir ki, hazırda davam edən döyüşlərdə 21-i yüksək rütbəli olmaqla, ümumilikdə 40 erməni əsgər və zabiti ölüb. Bununla da Ermənistan ölən hərbçilərinin sayının 874 nəfərə çatdığını etiraf edib.
Ancaq ölkədəki morqların ölülərlə dolu olduğunu rusiyalı jurnalistər də açıqlayırlar. Təkcə Beynəlxalq Qırmızı xaç Komitəsi tərəfindən 1500 meyitin erməni tərəfə təhvil vediyi bildirilir. Üstəlik, minlərlə erməni hərbçinin leşi döyüş meydanında qalıb.


Şərhlər