Menu

Məşhədin cümə namazının rəhbəri Türkiyənin əleyhinə danışdı

10.10.2014, 16:49
Məşhədin cümə namazının rəhbəri Türkiyənin əleyhinə danışdı

Dekabrın 10-da İranın Məşhəd şəhərində cümə namazına rəhbərlik edən axund Əhməd Ələmülhüda namaz xütbəsində Qərb və Türkiyə əleyhinə bəyanatlar səsləndirib.

“Media forum saytının məlumatına görə, axund Ələmülhüda Suriyanın Kubani şəhərində kürdlərlə İŞİD-çilər arasında gedən qarşıdurmadan danışarkən Türkiyəni “Amerika və İsrailin qulağı sırğalı nökəri” adlandırıb: “Amerika və İsrailin məqsədi odur ki, onların bölgədə qulağı sırğalı nökəri olan Türkiyənin yardımı ilə Suriya və İraqı hərbi baxımdan işğal etsinlər və bununla da İranı Suriya və İraqın müdafiəsi üçün meydana atılmağa vadar etsinlər. Onlar İŞİD-in İran sərhədinə nüfuz etməsinə şərait yaradıb ölkəmizin təhlükəsizliyini təhdidlə üz-üzə qoymaq istəyirlər.

İŞİD-çilər Türkiyə sərhədinə yaxınlaşmaqla Türkiyəyə öz sərhədini qorumaq bəhanəsi vermək istəyirlər ki, Türkiyə Suriyaya hərbi müdaxilə edə bilsin. Həmin vaxt isə Türkiyənin İŞİD-lə heç bir işi olmayacaq. Hesab edirik ki, bölgədə baş verən bütün oyunların son məqsədi bizik. Çünki onlar İran İslam Respublikasını devirməklə əslində islamı məhv etmək niyyətindədirlər”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol