Menu

“Vətən uğrunda son damla qanıma qədər döyüşəcəm” - Əsgər Daniel Zarmayilov

22.10.2020, 23:45
“Vətən uğrunda son damla qanıma qədər döyüşəcəm” - Əsgər Daniel Zarmayilov

"Mən yəhudi əsilli əsgər Daniel Zarmayilov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşməkdən qürurluyam. Azərbaycan bizim evimizdir, Vətənimizdir. Vətənimiz uğrunda son damla qanıma qədər döyüşəcəm".

"Report" xəbər verir ki, bu sözləri Azərbaycan vətəndaşı, Ordumuzun yəhudi əsilli əsgəri Daniel Zarmayilov videomüraciətində deyib.

"Azərbaycan dövlətindən və xalqından çox razıyıq. Erməni təcavüzünü qətiyyətlə qınayırıq. Yaşasın Azərbaycan dövləti, yaşasın şanlı Azərbaycan Ordusu!", - deyə o əlavə edib.

Şərhlər

Qumru 2020-10-25 23:21:20

Hallal olsun sene igid esger İNŞallah sag salamat qayidasan evine .tanri özu vetenimize esgerlerimize yar olssun.AMİN

Gunay Umbayeva 2020-10-23 00:38:09

Allah seni qorusun can qardas.Sag salamat gel Allah butun esgerlerimizi qorusun.İsrayilliker bize dost oldular cox sag olsunlar.Bu qehreman bala Albertimizin davamcisidir insallah SAG SALAMAT QAYİDAR. .

t.ədalət 2020-10-23 00:15:04

Biz yəhudilərdən pislik görmədik.Yəhudilərlə ailə quranlarımız da az deyil.Dinimiz fərqli olsa da aramızda həmişə doğmalıq var.

Agasef Qedirov 2020-10-23 00:07:26

Allah qorusun seni. Ermenilerden basqa Azerbaycanda yasayan butun etnoslar deyer bilendir

Azer 2020-10-22 23:58:23

Halal olsun qardash, bezi boynu yogunlar utansin

Seyid Ənhu 2020-10-22 23:52:31

...VƏ YAŞASIN DANİEL.MÜSTƏQİL VƏ BÜTÖV AZƏRBAYCANININ QOYNUNDA

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol