Menu

Polşada ermənilərin azərbaycanlılara atəş açmasının görüntüləri - ANBAAN VİDEO

23.10.2020, 01:46
Polşada ermənilərin azərbaycanlılara atəş açmasının görüntüləri - ANBAAN VİDEO

Polşanın Katovitse şəhərində vətənpərvər azərbaycanlı gənclərin təşəbbüsü ilə Teatr binasının qarşısında erməni təcavüzünü və Gəncə terrorunu pisləyən icazəli aksiya keçirilib. Aksiyada soydaşmızla yanaşı milliyətcə polyak olan şəhər sakinləri də iştirak edib və erməni terroruna yox deyiblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, aksiya yekunlaşan anda ermənilər soydaşlarımıza qarşı təxribat törədib, onlara hücum çəkərək fiziki güc tətbiq ediblər. Yaranmış qarşıdurma zamanı ermənilər azərbaycanlılara pnevmatik silahlardan atəş açıblar.

Təxribatla bağlı polisə müraciət olunub, araşdırma aparılır. Bizdə olan məlumata görə, azərbaycanlılara qarşı təxribat törədən milliyətçi ermənilərdən 3 nəfəri saxlanılıb.

Diasporla İş üzrə Dövlət Komitəsi baş vermiş hadisəni və soydaşlarımızın vəziyyətini diqqətdə saxlayır. Onlara lazm olan bütün hüquqi və digər yardımlar göstəriləcək.

Komitə bir daha soydaşlarımızı keçirilən dinc aksiyalar zamanı erməni təxribatlarına uymamağa çağırır. Onların məqsədləri təxribat törətmək və azərbaycanlıları provakasiyalara çəkməkdir.

Şərhlər

Pəri İbrahimova 2020-10-23 22:47:21

Qətiyyən olmaz.çünki onlar hər vaxt insanlarımıza qarşı ziyan verəcəklər.bu qaçınılmazdır.çox alçaq millətdir

Millət 2020-10-23 06:39:29

Belə alçaq düşmənlə bir yerdə yaşamaq olarmı? Onları torpağımızdan çıxarmalıyıq

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol