Menu

Erməni müxalifətinin lideri həbsdən buraxılıb

23.10.2020, 11:59
Erməni müxalifətinin lideri həbsdən buraxılıb

Ermənistanda əsas müxalifət partiyasının lideri girovla azadlığa buraxılıb. O, səsləri satın almaq ittihamı ilə təxminən bir ay həbsdə qalıb. Özü isə cinayət işini siyasi motivli hesab edirdi.

Zəngin biznesmen, Firavan Ermənistan Partiyasının (BHK) lideri Qagik Tsarukyan 2017-ci il parlament seçkisində rüşvətxorluqda ittiham olunur. O, oktyabrın 22-də 100 milyon dram (206 min dollar) müqabilində həbsdən buraxılıb.

Aparıcı müxalifət partiyası liderinin azadlığa buraxılmasıçağırışı sentyabrın 27-də Dağlıq qarabağda əməliyyatlar qızışandan sonra güclənmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol