Bu həftə Azərbaycan neftinin dünya bazarındakı qiyməti il ərzində ən aşağı həddə düşüb.
Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən fins.az-a verilən məlumata görə, oktyabrın 8-də London birjasındakı hərraclarda "Azeri light" markalı neftin bareli 92,84 dollara satılıb. Bu Azərbaycan neftinin il ərzində ən aşağı qiymətidir. Amma sonrakı gün neft yenidən bahalaşıb. Oktyabrın 9-da neftin qiyməti 0,41 dollar artaraq 93,25 dollar təşkil edib.
İl ərzində Azərbaycan neftinin ən yüksək qiyməti isə iyunun 19-da qeydə alınıb. Həmin gün "Azeri light" markalı neft 117,61 dollara satılıb.
Xatırladaq ki, 2014-cü ilin dövlət büdcəsində Azərbayan neftinin qiyməti bir barel üçün 100 dollar həddində müəyyən edilib.


Şərhlər