Moskvada son sutka ərzində koronavirusdan 63 nəfər dünyasını dəyişib. "Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə paytaxtda yaradılmış Operativ Qərargah məlumat yayıb.
Bildirilir ki, yeni növ virusdan ölənlərin sayı 6 312 nəfərə çatıb.
Qeyd edək ki, Moskvada 386,9 mindən çox şəxs koronavirusa yoluxub. Onlardan 285,3mini müalicə olunaraq sağalıb.


Şərhlər