“ERMƏNİLƏRDƏN BÜTÜN ETDİKLƏRİNİN ƏVƏZİ ÇIXILMALDIR!”- “Birdəfəlik erməni məsələsi həllini tapmalıdır”

Sərdar Cəlaloğlu: "Ermənistan ordu saxlamaq hüququndan məhrum edilməlidir"

"Ordumuzu, siyasi sistemimizi, iqtisadiyyatımızı eynən Türkiyə kimi qurmalıyıq"

Azərbaycan cəmiyyəti qələbəyə köklənib. Silahlı Qüvvələrin 3-4 həftə ərzində işğalda olan torpaqların əhəmiyyətli hissəsini azad etməsi, düşmənin ağır məğlubiyyətlə üzləşərək fəaləkət düçar olması gələcəyə böyük ümidlər yaradıb. Ordumuzun uğurları diplomatik cəbhədə də Azərbaycanın şərtləri diqtə edən mövqelər əldə etməsini təmin edib. 

Hazırda 27 illik sülh danışıqlarından, razılaşdırılan prinsiplərdən, status-kvodan, təmas xəttindən əsər əlamət qalmayıb. Azərbaycan rəhbərliyi hər şeyi əlinin tərsi ilə kənara itələyərək özünün beynəlxalq hüquqa əsaslanan şərtini irəli sürüb: işğalçı ordu Azərbaycanın bütün ərazilərindən çıxmalıdır. Qarabağda ermənilərə hər hansı siyasi statusun verilməsindən söhbət belə gedə bilməz.

Durumu "AzPolitika.info"-ya şərh edən ADP sədri Sərdar Cəlaloğlu da Azərbaycan Ordusunun mislisiz naliyyətlərə imza atığını deyir.

Onun sözlərinə görə, 30 il ərazində düşmənin qurduğu müdafiə istehkamlarının, əldə etydiyi silah-sürsatın, hərbi texnikanın darmadağın edilməsi, işğalda olan ərazilərimiz qarşı-qarış azad edilməsi böyük uğurdur: "Cəmi bir aya yaxın müddətdə bu qədər uğurlar əldə etmək ordumuzun gücündən, yüksək döyüş əhval - ruhiyyəsindən xəbər verir. Cəbhədə naliyyətlərimiz artdıqca Azərbaycan diplomatiyasının da əli güclənəcək və milli maraqlarımızı daha qətiyyətlə müdafiə edəcəyik. Hər şey ordumuzun davamlı qələbələrindən asılıdır. Əminəm ki, biz sona qədər bunu bacaracağıq".

S. Cəlaloğlu hesab edir ki, Azərbaycan regionda bütün maraqlı qüvvələrlə münasibətlərini yüksək səviyyədə saxlamalı, əməkdaşlığı davam etdirməlidir: "Haqq, hüquq bizim tərəfimizdədir, 30 ilə yaxın gözlədik, Ermənistan rəhbərliyi təklif etdiyimiz güzəştlərlə razılaşmadı. Buna görə də indi güc tətbiqi ilə siyasətimizi həyata keçiririk. Buna heç bir qüvvə mane ola bilməz".

Partiya sədri qələbədən sonra Azərbaycanın Ermənistanla bağlı çox vacib strategiya həyata keçirməli olduğunu düşünür: "Kapituliyasiyadan sonra ilk növbədə Xocalı soyqırımında və digər qətliamlarda əli olan erməni cinayətkarlarının hamısı cəzalandırılmalıdır. Ümumiyyətlə, Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etmiş şəxslərin heç birini kənarda qoymaq olmaz. Azərbaycan 20 mindən artıq şəhid verib, on minlərlə insan yaralanıb, əlil olub. İqtisadiyyata milyardlarla ziyan dəyib. Azad olunan ərazilərdən yayılan kadrlardan görürsünüz, bütöv rayonlar kəndlər şəhərlər yox edilib, daşı daş üstə qalmayıb. Bu sözlə ifadə olunmayacaq bir vandalizmdir. Bütün bunların əvəzi çıxılmalıdır, bu ölkə vurdğu maddi, mənəzi ziyana görə, ağır təzminatlar ödəməyə məhkum edilməlidir. 

Necə ki, İkinci Dünya Müharibəsindən sonra faşist Almaniyası bəşəriyyətə vurduğu zərbələrin əvəzini ödəməyə məhkum edildi, eləcə də Ermənistan. Biz məsələ qaldırmalıyıq ki, Ermənistan ümumiyyətlə ordu saxlamaq hüququndan məhrum edilsin. Bu dövlət bəşəri qanunlara uyğun yaşaya bilmir, tarix boyu təxribat, terror, fitnə ilə məşğul olub. Bu gün bizə nə qədər düşməndirsə, sabah ətrafdakı ölkələrə qarşı da o qədər təhlükə törədir. Ona görə birdəfəlik erməni məsələsi həllini tapmalıdır. Yalnız bunlardan sonra ermənilərin Azərbaycanlılarla birgəyaşayış məsələsinə baxmaq olar".

Sərdar Cəlaloğlu Türkiyənin Azərbaycana verdiyi mənəvi, siyasi dəstəyi yüksək qiymətləndirir. O hesab edir ki, elə bu gündən başlayaraq qardaş ölkə ilə iki dövlət vahid siyasət prinsipi həyata keçirilməlidir: "Bu gün hər iki ölkənin regionda maraqları və düşmənləri enidir. Türkiyə bizə mislisiz dəstək göstərməklə yanaşı həm də bizə örənəkdir. Biz qələbədən sonra Türkiyə modelli dövlət quruculuğuna başlamalıyıq. Ordumuzu, siyasi sistemimizi, iqtisadiyyatımızı eynən Türkiyə kimi qurmalıyıq. Bu bizə çox böyük uğurlar vəd edir".

Elçin

AzPolitika.inf

635x100

Şərhlər

Vüqar 2020-10-25 11:00:39

Bütün bərk gedənlərin oğurladırları pulu alınmalıdır və şəhidlərin ailələri ə verilməlidir..

Vüqar 2020-10-25 10:58:00

Bete

Seyid Ənhu 2020-10-24 20:22:38

Sərdar Cəlaloğlu dəyərli zitalıdır. Ona iddiasında olduğu Nobel mükafatına müvəffəq olmağı ürəkdən arzulayıram.

Xalq 2020-10-24 19:36:45

yaxşı təkliflərdir, bu təklifləri dəstəkləyirik.

B.Qarabağlı 2020-10-24 18:56:46

ADP Sədrindən mükəmməl-zəruri mülahizə! Haylara ən çox mərhəmət göstərən türklər(azəri və d.) əsrdən çoxdur ki, ermənilərin saxta qardaşlıq, sülhməramlı danışıqlarına aldanıb, heç birimiz onları deportasiya etməmişik? BMT TŞ DQMV həllindən sonrakı məğlubiyyət və itgillərin günahı da Paşinyandan çox bizim üzərimizə düşür? Niyə biz, DQMV ermənilərinin Ermənistandan deportasiyasına adekvat oraya deportasiyası əvəzinə status-kvoya razılaşmışıq? Ən kobud siyasi-hüquqi səhv 27 illik və bu günkü itgilərə, həllsiz Qarabağa gətirib?

OQTAY 2020-10-24 18:20:58

Cox deqiq ve duzgun tehlil etmisiniz,dilinize,elinize saqliq!!!

Son yazılar