Menu

MTN məhkəməyə Xədicə İsmayıl haqda sənəd göndərib - Yenilənib [Video]

10.10.2014, 18:04
MTN məhkəməyə Xədicə İsmayıl haqda sənəd göndərib - Yenilənib [Video]

Ən yeni xəbərlər yazının əvvəlindədir

Xədicə İsmayılın məhkəməsi saat 18:15-də başa çatıb.

Onun bildirdiyinə görə, prosesdə qarşı tərəfin vəsatəti əsasında MTN-in göndərdiyi məktub təqdim olunub:

«Dünənki prosesdə Elman Türkoğlu sənədlərin guya mənim yaydığımla bağlı MTN-in arayış verməsi üçün vəsatət qaldırmışdı. Vəsatət təmin olunmuşdu. Fikir verin ki, iş günün başa çatmasına baxmayaraq, elə həmin gün məhkəmə vəsatət əsasında nazirliyə sorğu göndərib.  MTN də dərhal, elə həmin gün  müraciətə cavab yazıb. Mən dövlət orqanlarının bu dərəcədə operativ işlədiklərini təsəvvür etmirdim. MTN-in məktubunda deyilir ki, guya mən həqiqətən 2011-ci ildə iki sənəd yaymışam və sonradan silmişəm. Ancaq, bunu sübut edən heç bir fakt göstərməyiblər. Əslində isə mən 2011-ci ildə yox, 2014-cü ildə, həm də iki deyil, bir məlumat yaymışam. Bu məlumatda da  bəzi adları qaralamışam».

Növbəti məhkəmə prosesi oktyabrın 13-ə təyin olunub.

* * * 

Elman Türkoğlunun jurnalist Xədicə İsmayıla qarşı iddiası əsasında məhkəmə prosesi başlayıb

Binəqədi rayon Məhkəməsində Elman Türkoğlunun jurnalist Xədicə İsmayıla qarşı iddiası üzrə proses davam etdirilir.

Proses saat 17:00-da başlayıb və hazırda davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol