Menu

Ermənistanda koronavirusdan ölənlərin sayı 1 100-ü ötdü

25.10.2020, 11:16
Ermənistanda koronavirusdan ölənlərin sayı 1 100-ü ötdü

Ermənistanda daha 2 314nəfərdə koronavirus aşkarlanıb. “Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 77 837-yə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı rekord sayda - 23nəfər artaraq 1 180-ə çatıb. İndiyədək 50 908 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 25 412aktiv koronavirus xəstəsi var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol