"DÜŞMƏN HAVADAN VƏ QURUDAN DARMADAĞIN EDİLİR" - Düşmənin xeyli canlı qüvvəsi məhv edilib, texnikaları ələ keçirilib + VİDEO

“Ötən sutka ərzində qoşunlarımız işğaldan azad edilmiş əraziləri bir qədər də genişləndirib”.

Bunu bu gün keçirilər brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.

A. Eyvazov deyib ki, düşmənin artıq döyüş sursatı tükənir: “Hazırda bölmələrimiz döyüş şəraitinə nəzarət edir. Hərbi hava qüvvələrimiz düşmənin hərbi infrastrukturunu hədəfə alır. Düşmən havadan və qurudan darmadağın edilir”.

Qubadlı istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri hücum etməyə cəhd göstəriblər.

"AzPolitika" Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, bölmələrimiz tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən 50 nəfərədək canlı qüvvə itirərək geri çəkilməyə məcbur edilib. Nəticədə düşmənin silah-sursatla dolu dörd avtomobil və bir zirehli texnikası ələ keçirilib.

Ələ keçirilən hərbi qənimətlərin görüntülərini təqdim edirik:


635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar