Menu

“KƏLBƏCƏRİN DƏ BİR HİSSƏSİ İŞĞALÇILARDAN AZAD EDİLİB” - Prezident açıqladı

25.10.2020, 21:42
“KƏLBƏCƏRİN DƏ BİR HİSSƏSİ İŞĞALÇILARDAN AZAD EDİLİB” - Prezident açıqladı

“Yenə də deyirəm, Azərbaycan Ordusu böyük rəşadət göstərir, peşəkarlıq göstərir. Biz 1990-cı illərin əvvəllərində bir neçə il ərzində torpaqlarımızı itirmişik”.

“Report”un məlumatına görə, bunu Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə keçirilən operativ müşavirədə çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev deyib.

“Bu gün hələ bir ay keçməyib artıq Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı rayonlarının bir hissəsi işğalçılardan azad edilib. Yenə də deyirəm, hər gün cəbhədən yaxşı xəbərlər gəlir. Düzdür, bəzi istiqamətlərdə ciddi düzəlişlərə ehtiyac var, amma biz bütövlükdə qarşımızda duran hədəfə çatırıq. Hər gün növbəti gün üçün döyüş tapşırığı verilir. Mən bu döyüş tapşırığını təsdiqləyirəm və demək olar ki, bu tapşırığın böyük hissəsi icra edilir” -deyə, Dövlət başçısı bildirib.

Şərhlər

Əsməd 2020-10-26 01:03:38

İllərlə həsrət çəkib gözlədiyomiz anlar yaxınlaşır.Ali baş komandanımızın çox cevik və agıllı siyasəti nəticəsində biz bu gün Qarabaga yaxınlaşırıq.Ulu tanrım Sizi və rəşadətli ordumuzu qorusun.Amin

Selime 2020-10-25 23:51:43

Yawa Azerbaycan esgeri,yawa Prezidentim!

Selime 2020-10-25 23:51:43

Yawa Azerbaycan esgeri,yawa Prezidentim!

Yeganə 2020-10-25 23:34:56

Allah Sizi və ordumuzu qorusun

OQTAY 2020-10-25 23:30:56

Allah,BOYUK ORDUMUZU ve ALI BAS KOMNDANMIZI QORUSUN!!!

t.ədalət 2020-10-25 22:39:47

Kəlbəcəri səriştəsiz,Rusiyanın Əfqanıstanda müsəlman qanı tökməyə göndərdiyi Əzizağa Qənizadə iki saata təslim etdi.İki minə yaxın əsgərlərimizin ölümünə səbəb oldu.Düşmən isə bütün gücü ilə Kəlbəcəri buraxmaq istəmir.Bir səriştəsiz və Rusiya sevdalısı olan zabitin törətdiyi cinayət indi bizə çox böyük itkilər hesabına başa gəlir.Əzizağa Qənizadəni təkrarlayan digər zabitlər də az olmayıb.Yaşar Aydəmirov və Şair Ramaldanov da xeyli itkilər veriblər.Bir qarış torpaq belə azad etmədən verilən itkilərin hesabı sorulmalıdır.Cinayətlər sorğusuz qalanda növbəti cinayətə vəsilə olur.

Qarabag Azerbaycandir! 2020-10-25 22:21:09

2 gundur sizden twit gozleyirem cenab Ali bas komandan. Defter tutub hansi kendler azad olunub yaziram. Hansi rayonda nece kendimiz qalib hesabliyiram. Ele sebirsizlikle gozleyirem ki tezlikle butun rayonlar isgaldan azad olundu demeyinizi. Her twitiniz sevinc goz yaslarimizdi. Allah ordumuzu qorusun. Yasasin Ali bas komandan! Yasasin resadetli ordumuz! Qarabag Azerbaycandir!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol