Menu

Türkiyə baş nazirinin korteji qəzaya düşdü - Yaralılar var

10.10.2014, 18:54
Türkiyə baş nazirinin korteji qəzaya düşdü - Yaralılar var

Türkiyənin baş naziri Əhməd Davudoğlunun avtomobil korteji qəzaya uğrayıb. Lent.az-ın “Habertürk”ə istinadən verdiyi xəbərə görə, Malatyada səfərdə olan baş nazirin avtomobil kortejinin qəzaya uğraması nəticəsində hakim Ədalət və İnkişaf Partiyası sədrinin müşaviri Hüseyn Çelik daxil olmaqla, 2 nəfər yaralanıb.

İlkin ehtimala görə, Malatya - Əlazığ magistral yolunun Turqut Təməlli hissəsindəki tuneldə H.Çelikin içərisində olduğu 44 PR 247 nömrəli və 44 A 4577 nömrəli avtomobillər nömrəsi məlum olmayan avtomobillə toqquşub.

H.Çelik Turqut Özal Tibb Mərkəzinə yerləşdirilib. Digər yaralı yüngül xəsarət alıb. Verilən açıqlamaya görə, H.Çelikin vəziyyətinin yaxşı olduğu deyilir.

Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol