Fransa Elmi Komitəsi həyəcanverici açıqlama ilə 52 010 yoluxma faktının qeydə alındığını bildirib.
Komitənin sədri Jan-Franços Delfraissi RTL kanalına verdiyi açıqlamada qeyd edib ki, Fransa gündəlik 100 min yoluxmanın astanasındadır: “Fransada gün ərzində 50 mindən çox yoluxma qeydə alınır. Gündəlik 100 min yoluxmanın astanasında olduğumuzu təxmin edirik”.
O, ölkənin çox çətin, hətta kritik vəziyyətdə olduğunu bildirib. Qeyd edək ki, Fransa 1 138 507 yoluxma ilə dünya ölkələri arasında beşincidir.


Şərhlər
İnşAllah, günə 100 min ölən vaxtı olar, onda qanarlar kimə sataşdıqlarını...