"AZƏRBAYCAN ZƏNGƏZURA ÇATIB" - Ermənistan Müdafiə Nazirliyi

Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan Azərbaycan hərbçilərinin Qarabağda Qubadlı şəhərini ələ keçirdiklərini təsdiqləyib.

Virtualaz.org bildirir ki, Ovannisyan bu gün keçirdiyi brifinq zamanı etiraf edib: "Təəssüf ki, dünən axşam döyüşlərin gedişində rəqib Qubadlını tuta bilib və bəzi istiqamətlərdə irəliləyib".

Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, hərbi əməliyyatlar bir neçə kənddə davam edir.

"Bəli, rəqib bəzi sahələrdə uğur qazanıb, bəli, onlar Sünikin (Zəngəzur –red.) darvazasına yaxınlaşıblar, amma vəziyyət ekstremal deyil", - deyə o vurğulayıb.

Artsrun Ovannisyan erməni jurnalistlərə sabah hərbi əməliyyatların xəritəsini təqdim edəcəyinə söz verib.

635x100

Şərhlər

vidadi goyce 2020-10-27 13:46:22

aртсрун беги пока не поздно мы азербайджанцы идем до еревана

A.Paşalı 2020-10-27 00:06:45

Güman ki, Artsrun Artsax kimi sarsax yox, haqq adamıdır? Zəngəzur və Göyçə mahallarının 27-32 illiyə də olsa Azərbaycana qaytarılması müəyyən dərəcədə adekvat təzminat olardı?

Son yazılar