Türkiyənin Hatay əyalətində bir qrup silahlı şəxs jandarmlara hücum edib. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Payas rayonunda qeydə alınıb.
Jandarm əməkdaşları hücumun qarşısını alarkən 1 zabit yaralanıb. O, xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən silahlılar İskəndəruna qaçıblar.
***
Türkiyənin Hatay bölgəsinin İskenderun rayonunda partlayış baş verib. Bu barədə “Hürriyet” yazıb. Əraziyə çoxlu sayda təcili tibbi yardım, polis və yanğınsöndürmə briqadaları cəlb olunub.
Hatay valisi Rahmi Doğan “Twitter” hesabından partlayışla bağlı qeyd edib: “Təhlükəsizlik orqanlarının Payas yoxlama məntəqəsində şübhələndiyi iki terrorçudan biri İskenderunda zərərsizləşdirilib və bu zaman partlayış meydan gəlib”.
Vali partlayış zamanı insan itkisinin olmadığını da əlavə edib.


Şərhlər
Allaha cox sukurler itki yoxdur. Qardas olkemiz ehtiyatli olun. Bu deqiqe bizim dusmenlerimiz coxdu her an bizi yixmaga calisirlar. Qarsimiza cixmaga gucleri olmadigi ucun terrorla davam edirler. Allah qorusun. Amun
güman edirəm ki, bu terror əməliyyatını ya erməni ya da kürd edib. ermənidən ehtiyatlı olun.