QUBADLININ DÜŞMƏNİ QORXUYA SALAN İGİD OĞULLARI: Əliyar Əliyevdən Bərxudarovadək... - VİDEOREPORTAJ

Qubadlı uğrunda gedən döyüşlərdə istər 1992-1993-cü illərdə, istərsə də hazırkı əks-hücum əməliyyatlarında Qubadlıdan olan bir çox mərd, qəhrəman oğullar döyüşüb, canını vətənimizin düşmən tapdağından azad olunması yolunda fəda edib.

ARB TV 1992-ci ildə Qubadlının müdafiəsi və Laçın əməliyyatlarında şəhid olan Milli Qəhrəman Əliyar Əliyev, bir neçə gün əvvəl şəhid olan Milli Qəhrəman, polkovnik Şükür Həmidov və general-mayor Mais Bərxudarovla bağlı süjet hazırlayıb.

Həmin süjeti təqdim edirik:

Milli Qəhrəman, Qubadlının ən cəsur övladlarından biri Əliyar Əliyevin ailə üzvlərinin sevinci ikiqat artıqdır.

Əliyar Əliyevin həyat yoldaşı Pəri Hüseynova bildirir ki, o torpaqların azad edilməsi ilə Milli Qəhrəmanın qəbrinin üstünə tez-tez gedib gələ biləcək: “Ən böyük arzumdur ki, onun qəbri orada qalsın, dağıtmasınlar. Gedib görə bilim”.

Əliyar Əliyev qızı Pərvanə Əliyeva isə qeyd edir ki, ilk işi atasının qəbrini ziyarət etmək olacaq: “Bilmirəm, qəbri qalıb-qalmayıb. Bizim müqəddəs bildiklərimizi onların qoruyub-saxlayacaqlarına inanmıram. Amma ən azından biz onu orada buraxmışıq. Onun kimi generallarımız, hərbçilərimiz var.

Mais Bərxudarov onun yolunu gedir. Allah can sağlığı versin. Bir çıxışında qeyd edib ki, atamın şəhid olduğu “Tikanlı zəmi”yə qələbə bayrağını sancacaq. Biz onu ondan çox gözləyirik”.

635x100

Şərhlər

Qarabag Azerbaycandir! 2020-10-27 15:35:01

Eliyar Eliyev Ve Sukur Hemidov sizin qarsinizda bas eyirem. Allahin her insana vermediyi en uca yere Sehidlik zirvesine catdiniz. Cox uzulurem. Allah butun sehidlerimize rehmet etsin ordumuza guc quvvet versin. Amin. Redaksiya olaraq sizden bir xahisim var. Ne olar Mais Berxudarovu Oz evime devet etmek isteyirem muharibeden sonra. Menim 4 yasinda qizim var. Her sekline baxanda deyirem ana qurban bu esger usaq basa dussun deye Lacina bayraq sancanda gedib tort alib bayram ederik. Usaq o gunu hesretle gozleyir. Deyende ki bu esgerler gedibler bag almaga. Qizim deyir ana Qarabag? Deyirem he. Deyir sekle baxanda ki ana esgerimiz bize gelsin onu ureyime basacam onu cox sevirem deyir. Alsinlar Qarabagi gelsinler bize. Heqiqeten de bir ana baci olaraq insallah muharibeden sonra o insani evimde qonaq etmek isteyirem.Ve qizimin arzusunun da yerine yetmeyini isteyirem. Arzusu Qarabag alinsin Ve esger bize gelsin onu ureyine bassin Ve onunla doyussun. Allah can sagligi versin generalimiza onun da bizim de arzumuz insallah yerine yetsin. Isterdim ki muharibe bitdikde sizin komekliyiniz ile o insanla elaqe saxlayib arzumuzu yerine yetmeyinde komek olarsiniz. O zaman size cox minnetdar olariq.

Agasef Qedirov 2020-10-27 11:58:24

Fexr edirik onlarla

Son yazılar