Menu

Bərdədə həlak olan 8 yaşlı Aysunun azyaşlı bacısı da yaralanıb - FOTOLAR

27.10.2020, 21:46
Bərdədə həlak olan 8 yaşlı Aysunun azyaşlı bacısı da yaralanıb - FOTOLAR

Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılması nəticəsində həlak olan Aysu İsgəndərovanın 3 yaşlı bacısı Tahirə İsgəndərova da yaralanıb. Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

T.İsgəndərovanın sağ baldırında qəlpə yarası var. Hazırda qəlpə çıxarılıb, o, əməliyyat olunub.

T.İsgəndərovanın anası Mətanət İsgəndərova "Report"un əməkdaşına bildirib ki, hadisə zamanı uşaqlar həyətdə oynayırmış: "Birdən səs gəldi, qonşumuz Ehtiramın evinə qəlpələr yağdı. Həmin vaxt da uşaqlar qan içində idi. Böyük qızım Aysu öldü, balaca qızım Tahirə isə yaralandı. Onu tez xəstəxanaya çatdırdıq".

Həkim "Report"a bildirib ki, bu gün axşam saatlarında xəstəxanaya 12 mülki şəxs qəlpə yarası ilə daxil olub: "Dörd nəfər hadisə yerində ölmüşdü. Yaralılardan biri açıq kəllə-beyin travması, kəllə sümüklərinin sınığı, komatos vəziyyətdə neyrocərrahiyə şöbəsinə göndərdik. Digər xəstələr də müalicə olunur".

Qeyd edək ki, bu gün saat 16:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu “Smerç” raketlərindən istifadə olunaraq atəşə tutulub. Nəticədə rayonun Qarayusifli kəndində 4 mülki şəxs həyatını itirib, 14 nəfər ağır şəkildə yaralanıb.

Şərhlər

Qarabağlı 2020-10-27 22:38:30

Bəlkə körpə uşaqlar öləndə siz ləzzət alırsınız qatil üçlük? Manyaksınız, ədalətsizsiniz, uşaq qatillərini müdafiə edirsiniz.Hər üçünüzü lənətə gələsiniz!

Özgür 2020-10-27 22:32:36

bir dığa öləndə az qala keçi kimi bəyirirsiniz. Bəs indi niyə ağzınızı su ilə doldurmusunuz?

amerika,fransa,rusiyaya 2020-10-27 22:24:58

amerika, fransa, rusiya sizin ədalətinizə tüpürüm! tfuuuuuuuuuuuuuu

Xalq 2020-10-27 22:16:19

minsk üçlüyü Azərbaycanı təqib etməkdənsə ədaləti təqib edin. Bu boyda ədalətsizlik olur, körpələr qırılır sizin cınqırınız da çıxmır. Elə ki, biz öz torpağımızı azad edirik o dəqiqə amerikadan, fransadan, rusiyadan zəng gəlir. Siz heç utanmırsınız? Sizin üçünüzə də ayıb olsun! məndiyənlər!

Qarabag Azerbaycandir! 2020-10-27 21:58:22

Sozun bitdiyi yer. Kilsenin vurulmasini 3 nefer jurnalistin yaralanmasini aleme car cekdiz. Ama Gencede olen usaqlarin Berdede olen usaqlarin Goranboyda olen usaqlarin gunahi ne idi? Bizi aqressor kimi qeleme veren Ermenistan size ne ad verek? hansi cehennemdesen Tramp Putin Makron harda olmusuz niye dillenmirsiz kor olmusuz? Sumqayiti deye bilirsen Putin bey Bes niye Xocalini demirsen? Genosid torederler izin versek ermeni digalarina. Eziz prezidentimiz imkan vermeyin biz olarla bir yerde yasayaq onlarin xisleti deyismeyecek. Onlar dunya durduqca qanimiza susayacaqlar. Tarix Ve bugunku hadiseler bunu deyir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol