Menu

"Əgər kimsə ermənilər üçün ikinci dövlət yaratmaq istəyirsə..." - Prezident

28.10.2020, 23:11
"Əgər kimsə ermənilər üçün ikinci dövlət yaratmaq istəyirsə..." - Prezident

Mən həmişə demişəm ki, Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazilərində heç vaxt heç bir referendum olmayacaq. Üstəlik, əgər baza prinsiplərinə nəzər salsaq, orada da referendum sözü yoxdur.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev bunu Rusiyanın İnterfaks agentliyinə müsahibəsində bildirib.

Baza prinsiplərində iradə ifadəsi ilə bağlı, təyini-müqəddərat ilə bağlı müəyyən ifadələr olduğunu xatırladan dövlətimizin başçısı deyib: “Lakin biz həmişə demişik ki, bəli, təyini-müqəddərat beynəlxalq hüququn mühüm prinsipidir, ancaq o, ölkənin ərazi bütövlüyünü poza bilməz. İkincisi, ölkənin ərazi bütövlüyü həmin ölkənin razılığı olmadan dəyişdirilə bilməz. Ona görə də indiki halda bir müsahibəmdə dediyim sözlər mənim mövqeyimi tamamilə əks etdirir, bu, sirr deyil. Təbii ki, mən indi də eyni mövqedəyəm, biz Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılmasına imkan verməyəcəyik. Əgər kimsə ermənilər üçün ikinci dövlət yaratmaq istəyirsə, qoy, öz ərazisinin bir hissəsində yaratsın”.

Şərhlər

müəllim 2020-10-29 10:03:17

Allah Heydər Əliyevin məkanini cənnət eləsin

müəllim 2020-10-29 10:03:16

Allah Heydər Əliyevin məkanini cənnət eləsin

Qarabag 2020-10-29 05:51:37

Ehsen.Versin Rusiya bir seherini,versin Fransa Marselini,versin Amerika Koliforniyani.

Nazim 2020-10-29 05:20:15

Esl Qehreman, Sizinle fexr edirem!

N.H. 2020-10-29 02:07:46

Var olun , prezidentim.Azərbaycan sizə güvənir.

Qumru 2020-10-28 23:57:03

Sizin tutuqunuz movgey çok gözeldir , əziz Prizdentimiz sizi çok sevirk.

Xalq 2020-10-28 23:52:56

Sağ ol Prezidentim!

musa 2020-10-28 23:40:06

kişi oğlu kişidir . min yaşa

Gülşən 2020-10-28 23:16:15

Var ol Cənab Prezident!!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol