Menu

Müvəqqəti komendantlıqlar nəzdində əməliyyat qərargahları yaradılıb

29.10.2020, 18:14
Müvəqqəti komendantlıqlar nəzdində əməliyyat qərargahları yaradılıb

Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların nəzdində dövlət orqanlarının (qurumlarının) nümayəndələrinin daxil olduğu əməliyyat qərargahları yaradılıb.

"Report"un xəbərinə görə, Prezident İlham Əliyevin fərmanına əsasən əməliyyat qərargahına aşağıdakı qurumlar daxil edilib

1. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti;

2. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi;

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi;

4. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi;

5. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi;

6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi;

7. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi;

8. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi;

9. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik;

10. müvafiq yerli icra hakimiyyəti orqanları.

Şərhlər

Azər 2020-10-29 21:35:14

Bir padşahın fil həkimi ilə bağlı bağlı anekdotu var... O yadıma düşdü... 25 il fili olmayan dövlətdə fil həkimi işləyir. Bir gün padşahafil bağışlayırlar və bir müddətdən sonra fil xəstələnir. Yadlarına düşür ki, 20 ildir fil həkimi maaşını alan birisi var. Çağırıb deyirlər ki, fil xəstələnib sağalt... Gəlir , filə baxır , bir şey anlamır. Deyir bunun dalını-qabağını mənə göstərin, baxım görüm nə edirəm...

Azər 2020-10-29 21:29:46

Deyəsən belə qurum var idi, 25 ildir sökür-talayır , kef edir - Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliy ... Göndərin bərpa etsin...

Fikrət 2020-10-29 19:38:55

Mən o ərazilərdə çalışmaq istəyirəm özüm müharibə veteranıyam.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol