“Münaqişə əsnasında hər iki tərəfdən dinc əhalinin ölməsi bizi çox narahat edir”.
Bunu Ermənistan tərəfindən Bərdə və başqa dinc şəhərlərə qarşı raket hücumları ilə bağlı “Report”un sualına cavab verən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Sabah Cenevrədə Azərbaycan və Ermənistan nümayəndələri ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşəcəklər. Bu görüşün gündəmində beynəlxalq humanitar hüquqa aid, o cümlədən oktyabr ayının 10-da Moskva şəhərində əldə edilən atəşkəs, əsirlərin və cəsədlərin qarşılıqlı təhvil verilməsinə dair razılaşmaların yerinə yetirilməsi də olacaq”, - deyə Kreml rəsmisi qeyd edib.


Şərhlər
Çaqqal qızı çaqqal hər iki tərəfdən dinc sakinlər ölür nə deməkdi?..... erməni tərəfdən bir nəfər olsa dinc sakin ölmuyub..... niyə yalan deyirsən
Dinc sakinləri öldürən elə Rusiyanın xüsusi təyinatlılarıdır da.