“Amnesty International” ermənilərin Bərdə terrorunda kaset bombalardan istifadəsini təsdiqlədi

"Amnesty International" Ermənistanın Dağlıq Qarabağ münaqişəsi zamanı Bərdə şəhərinə raket hücumu zamanı kaset bombalardan hücumunu təsdiqləyib. Bu barədə "Report" təşkilatın saytına istinadən xəbər verir.

Təşkilat qeyd edib ki, oktyabrın 28-də yerli vaxtla saat 13:30-da Bərdə şəhərinə, xəstəxananın yaxınlığındakı yaşayış sahəsinə bir ya bir neçə “Smerç” raket atılıb. Azərbaycan Respublikasının Baş Prokuroluğu raket zərbəsi zamanı azı 21 nəfərin həlak olduğunu, 70-ə yaxın şəxsin yaralandığını bildirib.

“Amnesty International”ın ekspertləri fotomüxbir tərəfindən çəkilmiş, 9N235-in kaset döyüş sursatlarının fraqmentləri təsvir edilmiş şəkillərin doğruluğunu təsdiq ediblər.

"Yaşayış məntəqələrinin kaset döyüş sursatları ilə atəşə tutulması insanların həlak olması, yaralanması, əzab çəkməsina səbəb olan qəddar və məsuliyyətsiz əməldir ", - “Amnesty International”-ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Mariya Struters bildirib.

Qeyd edək ki, beynəlxalq humanitar hüquqa əsasən kasetli döyüş sursatlarının hər cür şəraitdə istifadəsi qadağandır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar