Menu

TÜRKİYƏNİN İZMİR ŞƏHƏRİNDƏ GÜCLÜ ZƏLZƏLƏ - 17 nəfər ölüb, 709 nəfər yaralanıb + VİDEOLAR(Yenilənib)

31.10.2020, 00:52
TÜRKİYƏNİN İZMİR ŞƏHƏRİNDƏ GÜCLÜ ZƏLZƏLƏ  -  17 nəfər ölüb, 709 nəfər yaralanıb + VİDEOLAR(Yenilənib)

Türkiyənin qərbindəki İzmir vilayətində zəlzələ nəticəsində ölənlərin sayı 17 nəfərə, xəsarət alanların sayı 709 nəfərə yüksəlib.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

***

Türkiyənin qərbindəki İzmir vilayətində zəlzələ nəticəsində azı 12 nəfər həlak olub, daha 419 nəfər xəsarət alıb.

Bu barədə Türkiyənin Fövqəladə Hallar üzrə İdarəsi məlumat yayıb.

"Ölənlərin sayı 12 nəfərə yüksəldi. 419 nəfər yaralanıb", - idarənin xəbərində deyilir.

19:15

***

İzmirdə baş vermiş zəlzələ nəticəsində 6 nəfər ölüb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ nəticəsində 257 nəfər yaralanıb. 

İzmirdə 6,6 bal gücündə baş verən zəlzələdən sonra insanlar küçələrə axışıb. Seferihisar rayonunun bəzi yerlərində binalar dağılıb. Bir binanın çökmə anı, hadisə şahidi tərəfindən qeydə alınıb

AFAD-ın məlumatına görə azı altı bina çöküb. Bundan başqa çoxlu binalara da ciddi zərər dəyib.

Qurbanlar barədə hələ ki, xəbər yoxdur. Ancaq dağıntılar altında çoxlu insanların qaldığı bildirilir.

**

Türkiyənin İzmir şəhərində 6,6 bal gücündə baş verən zəlzələ canlı efirdə hiss edilib.

Sosial şəbəkələrdə yayılan görüntülərdən zəlzələnin şiddəti hiss olunur.

Videoda sosial şəbəkədə canlı efir açan gənc zəlzələ başlayanda efiri açıq qoyub təlaşla oturduğu yeri tərk edir.

***

Türkiyədə Egey və Mərmərə dənizlərində 6,6 maqnitudalı zəlzələ olub.

APA-nın yerli bürosunun Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən verdiyi xəbərə görə, zəlzələnin mərkəzi İzmirin Seferhisar sahilində yerli vaxtla 14.51-də qeydə alınıb.

Zəlzələnin mərkəzi yerin 16 kilometr dərinliyində olub.

Dağıntı və itkilər haqqında hələlik məlumat yoxdur, afterşokların davam etdiyi bildirilir.

Qeyd edək ki, bu gün Bingöl vilayətində də yerli vaxtla saat 11.48-də 4,1 bal gücündə zəlzələ də baş verib. Zəlzələ İstanbul və ətraf şəhərlərdə də hiss olunub.

Şərhlər

Samir 2020-10-31 10:51:53

Allah köməkləri olsun.

Mirzə Qafarlı 2020-10-31 10:26:38

Qardaş Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində həlak olanlara Allahdan rəhmət diləyirəm, zədə almış lara tez sağalmalarını arzulayıram. Biz hər bir zaman qardaş Türkiyə ilə birlikdəyik.

Özgür 2020-10-31 08:43:26

Can Türkiyəmiz! Allahın özü sizlərə kömək olsun!

Fatime 2020-10-31 06:14:58

Suni tekanlar yaradaraq edibler bunu Tanri turku qorusun lennet olsun turk dusmenlerine

t.ədalət 2020-10-30 20:45:10

Depremin baş verməsində düşmən ölkələrdən birinin dəniz dərinliyində,ola bilsin ki,süni zəlzələ törətməsi olub.Allah Türkiyəni qorusun!

Xalq 2020-10-30 19:43:32

Allah bu dəhşətli zəlzələdə həlak olanlara rəhmət eləsin! Yaralananlara isə şəfa diləyirik!

Vətəndaş 2020-10-30 17:36:12

ALLAH KÖMƏY OLSUN TÜRK QARDAŞLARIMIZA!

Cavan 2020-10-30 17:13:21

Qardaş Türkiyəyə Allah kömək olsun.

Vətəndaş 2020-10-30 16:57:25

ALLAH KÖMƏY OLSUN TÜRK QARDAŞLARIMIZA!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol