Ermənistan Silahlı Qüvvələri Tərtərin Ələsgərli kəndini raket atəşinə tutub. Musavat.com-un xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twiter”də bildirib.
O qeyd edib ki, Ermənistan Tərtər rayonunun Ələsgərli kəndinə “Smerç” raketi atıb: “Raket tezliklə ANAMA tərəfindən ləğv ediləcək. Raket xoşbəxtlikdən partlamayıb”.


Şərhlər
Raketin partlayıb-partlamaması haqqında düşmənə məlumat vermək lazım deyil.Çünki Azərbaycanda erməni casusları(yəni,qohumları) və rus casusları kifayət qədərdir.