Menu

Əli Əsədov Pakistanın Azərbaycandakı səfiri ilə görüşüb

30.10.2020, 20:33
Əli Əsədov Pakistanın Azərbaycandakı səfiri ilə görüşüb

Bu gün Azərbaycanın Baş Naziri Əli Əsədov Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşüb.

Nazirlər Kabinetindən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Pakistan arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib.

Siyasi, ticari-itqisadi, hərbi, humanitar və digər sahələrdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri ətraflı müzakirə edilib.

Ə.Əsədov Ermənistan silahlı qüvvələrinin hal-hazırda davam edən təcavüzü ilə bağlıPakistanın Azərbaycana verdiyi dəstəyə və göstərdiyi qəti mövqeyə görə təşəkkürünü bildirib.

Səfir Bilal Haye Dağlıq Qarabağ münaqişəsi başlayandan bəri Pakistanın hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.

Şərhlər

Xalq 2020-10-30 20:56:22

Pakistana dəstəyə görə təşəkkürlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol