Menu

“Qubadlını artilleriya atəşinə tutan düşmənin atəş nöqtələrinə cavab atəşi açılıb” - Müdafiə Nazirliyi

31.10.2020, 09:12
“Qubadlını artilleriya atəşinə tutan düşmənin atəş nöqtələrinə cavab atəşi açılıb” - Müdafiə Nazirliyi

Ermənistan Müdafiə Nazirliyinin rəsmisinə istinadən guya Azərbaycan Ordusunun Qafan şəhəri yaxınlığındakı David Bek kəndi istiqamətində döyüş əməliyyatları aparması barədə bu ölkənin mətbuatının yaydığı məlumat həqiqətə uyğun deyil.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

"Azərbaycan Ordusunun bölmələri göstərilən istiqamətdən Qubadlı ərazisini artilleriya atəşinə tutan düşmənin atəş nöqtələrinə cavab atəşi açıb.

Bildiririk ki, bundan sonra da düşmənə qarşı adekvat cavab tədbirləri görüləcək", - deyə məlumatda bildirilir.

Şərhlər

Cəmşid Dərələyəzli 2020-10-31 09:56:53

Bu belə də olmalıdır. bizim məşru müdafiə haqqımız var. Əgər mənim ərazilərimə düşmən ölkənin ərazisində top atılırsa mən onu susdurmaq haqqına malikəm. İndən belə ordumuz Ermənistandan atılan hər bir toçkanı vurmaq haqqından yararlanmalıdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol