Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri Sülhü dəstəkləmə əməliyyatlarının planlaşdırılması və qiymətləndirilməsi üzrə təlim kursunda iştirak edəcəklər.
Bu haqda informasiyanı Müdafiə Nazirliyinin saytı yayıb.
Xəbərdə deyilir ki, oktyabrın 12-dən 17-dək Ellvaqen şəhərində (Almaniya) "Müxtəlifliyə uyğunlaşma: Dil təlimi ilə bağlı təkmilləşmiş yanaşma" mövzusunda seminar keçiriləcək. Oktyabrın 13-dən 17-dək İstanbul şəhərində (Türkiyə) Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi və Türkiyə Hərbi Dənizçilik Məktəbi arasında müəllim mübadiləsi, 13-dən 24-dək Vışkov şəhərində (Çexiya) Sülhü dəstəkləmə əməliyyatlarının planlaşdırılması və qiymətləndirilməsi üzrə təlim kursu, İstanbul şəhərində (Türkiyə) Funksional vəzifələr üzrə təlim, 14-dən 18-dək İstanbul şəhərində (Türkiyə) NATO kollektiv regional təliminin (REGEX-14) 7-ci planlaşdırma görüşü keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.


Şərhlər