“İslam Dövləti” (İŞİD) terror təşkilatı Suriyanın Türkiyə ilə sərhəddə yerləşən Kobani şəhərinin yarıdan çox hissəsini ələ keçirib.
SalamNews–un "əl-Cəzirə"yə istinadla verdiyi xəbərə görə, İŞİD üzvləri daha çox şəhərin şərq və cənub hissələrindən irəliləyərək mərkəzə çatıblar. Onlar şəhər ətrafındakı strateji hündürlükləri də ələ keçirə biliblər.
Suriya İnsan Hüquqlarını Müşahidə Qrupunun məlumatına əsasən, “İslam Dövləti” şəhərdə irəliləsə də, onlarla ölü və yaralı verib.
Qeyd edək ki, “İslam Dövləti” Kobaniyə ötəngünkü hücumda kamikadze əməliyyatlarından da istifadə edib.
Dünən və bu gün səhər müttəfiq qüvvələri “İslam Dövləti”nin mövqelərini hədəfə alıblar.


Şərhlər