Menu

Kanadada silahlı hücum olub, ölənlər və yaralananlar var

01.11.2020, 13:36
Kanadada silahlı hücum olub, ölənlər və yaralananlar var

Kanadanın Kvebek şəhərində soyuq silahla silahlanmış şəxs insanlara hücum edib. “Report” xəbər verir ki, bu barədə “Radio Canada” radiostansiyası məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində azı 2 nəfər həlak olub, daha 5 nəfər yaralanıb.

Kvebek polisi özünün “Twitter”dəki səhifəsində hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanıldığını bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol