Menu

Ermənistan koronavirusdan ölənlərin sayına görə liderlər sırasındadır

02.11.2020, 13:15
Ermənistan koronavirusdan ölənlərin sayına görə liderlər sırasındadır

Ermənistan 100 min nəfərə düşən koronavirusdan ölənlərin sayına görə dünyada 4-cü yerdədir.

“Report” RBK-ya istinadən xəbər verir ki, bu, Avropada Xəstəliklərin Qarşısının Alınması və İdarəetmə Mərkəzinin hesabatında açıqlanıb.

Bildirilib ki, Ermənistanda 100 min nəfərə COVİD-19-dan 6,19 ölən düşür.

Bu istiqamətdə Çexiya ötən həftə 11,02 ölüm hadisəsi ilə lider olub. İkinci yerdə Andorra (7,88), 3-cü yerdə Belçika (6,81), 5-ci sırada isə Monteneqrodur (6,11).

Qeyd edək ki, Ermənistanda koronavirusdan 1 391 nəfər ölüb, 93 448 nəfər bu virusa yoluxub.

Şərhlər

Bashirov Qarib 2020-11-02 13:54:51

Ermənistanda hər 100 min nəfərə koronovirusdan ölu sayı təxminən 50 nəfər, bizdə isə, təxminən 8 nəfərdir.Siz in qeyd etdiyiniz tamamilə yanlışdır. Diqqətli olsanız yaxşı olar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol