“Bir aydan çoxdur ki, müharibə gedir. Biz işğalçılara dərs veririk. Onları torpaqlarımızdan qovuruq. Artıq bir çox yaşayış məntəqəsi işğaldan azad edilib”.
"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibini, Türkiyənin Odalar və Borsalar Birliyinin prezidentini, Özbəkistanın Ticarət və Sənaye Palatasının sədrini və Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidentini qəbul edən zaman deyib.
“Hər həftə onlarla yeni yaşayış məntəqəsi, şəhərlər, kəndlər, qəsəbələr işğalçılardan azad edilir. Müzəffər Azərbaycan Ordusu öz uğurlu əməliyyatlarını davam etdirir”, - deyə Prezident əlavə edib.

Şərhlər
Düşmən üzərində qələbə göstərdi ki, indiyədək xalqı müxtəlif bölgülərə ayıran siyasi partiyalara heç bir ehtiyac yoxdur.Partiyalara üzv olanların hamısı vəzifə və maliyyə oğurluğu üçün sinoy gedənlərdir.Ağır gün ən yaxşı məhək daşıdır deyirlər,pisin-pis,yaxşının-yaxşı olduğu ortaya çıxır.Siz ən qəliz düşməni fəth etdiniz!Elə bilirikj ki,ölkəmizin daha dəhşətli düşməni olan bütün partiyaları da ləğv etməyi bacaracaqsınız!