[caption id="attachment_60999" align="alignleft" width="300"] Kim Jong-un bir aydan artıqdır ki ictimaiyyət qarşısına çıxmayıb.[/caption]
İşçi partiyasının yaradılmasının 69-cu ildönümü ilə bağlı mühüm siyasi tədbirdə Şimali Koreya liderinin iştirak etməməsi ölkədə siyasi vəziyyət və onun səhhətilə bağlı spekulyasiyalara yol açıb.
Kim Jong-un-un adı atası və babasının dəfn edildiyi Günəş Memorialına gələn rəsmi qonaqlar siyahısında qeyd olunmayıb.
Beləliklə, Şimali Koreya lideri 2011-ci ildə hakimiyyətə gələndən bəri, bir aydan artıqdır ki, rəsmi tədbirlərdə gözə dəymir. Bu, şaiəyələrə zəmin yaradıb.
Sentyabr ayında dövlət televiziyası Şimali Koreya liderinin “fiziki vəziyyətinin “rahatsız” olduğunu xəbər verib. Bundan sonra bir ayağnı çəkərək yeriyən Kim Jong-un-un görüntüləri yayımlanıb.
Cümə günü Cənubi Koreya Kim Jong-un kommunist dövlətinə nəzarət etdiyinə inandığını bildirib.
"Belə görünür ki, Kim Jong-un-un hakimiyyəti normal fəaliyyətindədir”, - Yonhap agentliyində Cənubi Koreya naziri Lim Byeong-cheol-un sözlərindən iqtibas gətirilir.
Səhhətilə bağlı problemlər?
Cümə günü İşçi Partiyasının yaradılmasının 69-cu ildönümü ilə bağlı Şimali Koreya rəsmiləri, ölkənin sabiq kommunist rəhbərləri Kim Il-sung və Kim Jong-il-in dəfn edildiyi mavzoleyə baş çəkiblər.
[caption id="attachment_61001" align="alignleft" width="300"]

Son 3 ildə ilk dəfədir ki cənab Kimin adı bu tədbirə gələn rəsmilə siyahısında olmayıb.
Şimali Koreyanı idarə edən atası Kim Jong-il 2011-ci ildə vəfat edəndən sonra hakimiyyət başına gələn Kim Jong-un sentyabrın 3-dən bəri ictimaiyyət qarşısına çıxmayıb. Onun yoxluğu səhhəti və hakimiyyətə nəzarətilə bağlı şaiyələrə səbəb olub.
Təhlil: Steve Evans, BBC News, Seoul
Kim Jong-un qeyb olması ölkədə nə isə arzu edilməyən bir şeyin baş verməsinə dair təəssüratları gücləndirir.
Şimali Koreyanı yaxından izləyənlər onun əleyhinə saray çevrilişi ideyasını istisna edir və deyirlər ki, ordudan qeyri-adi hərəkətlər müşahidə edilməyib və dövlət mediasında Ali Liderin şəninə təriflər davam edir.
Şənbə günü Şimali Koreya orqanları onun ölkənin atletlərinin Asiya oyunlarında uğurlar qazanmasına kömək etməsindən danışıb. O həmçinin yaxın dairələrinin Seula səfər etməsinin arxasında duran aparıcı qüvvə kimi tərif olunub.
O yəqin ki, xəstə yatağındadır, amma hakimiyyət gücü azalmayıb.
Çevriliş ehtimalları
Adı məxfi saxlanılan mənbələrin məlumatına istinad edən Cənubi Koreya mətbuatı 31 yaşlı liderin podaqra xəstəliyindən əziyyət çəkdyini yazır.
Sentyabr ayındakı məlumatında Yonhap agentliyi podaqradan onun atası, qardaşı və babasının da əziyyət çəkdiyini bildirmişdi.
Son zamanlar Şimali Koreya liderinin yüksək rütbəli hərbi koməkçisinin ictimai tədbirlərə qatılması Kim Jong-un-un devrilməsilə bağlı şaiyələrə səbəb olub.
Cənab Hwang Asiya Oyunlarının bağlanışı mərasiminə gedən Şimali Koreya rəsmilərinin nümayəndə heyətinə rəhbərlik edib. Bu səfər Şimali və Cənubi Koreya arasında yüksək səviyyəli danışıqlar üçün nadir imkan kimi görülür.
Şaiyələrin heç biri öz təsdiqini tapmayıb. Əksinə təhlilçilər deyirlər ki, general Hwang Pyong-so-nun Cənubi Koreaya səfəri vaxtı Şimali Koreya mediasında cənab Kimin liderliyi barədə yayımlanan xəbərlər onun hələ də hakimiyyət başında olduğuna dəlalət edir.
Bu, Şimali Koreya liderinin uzunmüddətli ictimai həyatdan kənarlaşmasının ilk halı deyil.
2012-ci ilin mart ayında Kim Jong-un 21 gün ərzində ictimaiyyət qarşısına çıxmayıb.
Həmin ilin iyun ayında isə onu 24 gün ərzində görməyiblər. 2013-cü ildə təkrar baş verən bu hal 18 gün davam edib. /BBC


Şərhlər