Menu

Putinin növbəti hədəfi Moldova ola bilər

11.10.2014, 12:45
Putinin növbəti hədəfi Moldova ola bilər

Rusiya prezidenti Vladimir Putin Moldovanın Aİ ilə ticarət müqaviləsi bağlamazdan öncə Rusiya maraqlarına xidmət edən müddəaları proqrama daxil etməsini istəyir.

Məlumatı “BBC” yayıb.

Bu haqda o, keçmiş sovet hökuməti liderlərinin Belorusda baş tutan sammitində danışıb. Putinin sözlərinə görə, Moldova da Ukrayna kimi azad ticarət sazişini 2016-ci ilə kimi saxlamalıdır.

Qeyd edək ki, Trans-Dnestr bölgəsində məskunlaşan separatçılar Rusiya tərəfindən dəstəklənir. Bu bölgə 1992-ci ildən bəri Moldavan ayrılıb.

Moldovalıların qorxusu isə Rusiya yönümlü separatçıların kifayət qədər yaxşı silahlanması və Ukraynanın başına gələnlərin onların da başına gələ biləcəyi ilə bağlıdır.

Aİ və ABŞ davamlı şəkildə Rusiyadan Ukrayna sərhəddinə qoşun göndərməməsini tələb etsə də, Rusiya bu vərdişindən imtina etmək istəmir.

Cənab Putin isə keçmiş sovet ölkələri arasında ticarət sazişinin imzalanmasında maraqlıdır. Bu isə Aİ-nin niyyətinə mane ola bilər.

Moldova Avropanın ən kasıb ölkələrindən biridir və tarixi bağlarına görə Aİ üzvü olan Rumıniyaya çox yaxındır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol