Menu

Tramp əsas ştatlarda rəqibini üstələyir

04.11.2020, 11:20
Tramp əsas ştatlarda rəqibini üstələyir

ABŞ-ın hazırkı Prezidenti Donald Tramp Arizona ştatı xaric, bütün ştatlarda səsvermədə öndədir. “Fox News” xəbər verir ki, Tramp Ohayo, Şimali Karolina, Corciya, Florida, Texas, Miçiqan, Pensilvaniya, Viskonsin, Montana və Ayova ştatlarında rəqibi Co Baydeni üstələyir.

Demokrat Bayden inamla Arizonada liderliyi saxlayır.

Florida ştatının sakinlərindən olan respublikaçı senator Rik Skott hazırkı ABŞ Prezidenti Donald Trampın Floridada qələbəsini elan edib. Bu barədə o, “Twitter” səhifəsində yazıb:

“Tramp Florida ştatında qələbə qazandı! Prezidentimiz və seçicilərimiz üçün belə nəticənin əldə olunması üçün çox çalışdıq”.

Qeyd edək ki, Florida ABŞ-ın cənub-şərqində yerləşir və prezident seçkilərini qazanmaq üçün ən vacib ştatdır. O, seçkidə qalibə 29 seçici səsi verəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol