Prezident Donald Tramp 3 noyabr seçkisində Demokrat Partiyasından rəqibi Co Bayden üzərində qələbə çaldığını iddia edib, hüquqi addımlarla, məsələni Ali Məhkəməyə çıxarmaqla hədələyib. Ancaq hazırda seçkinin nəticəsi bəlli deyil, bir neçə həlledici ştatda bülletenlər sayılmaqdadır.
Onun rəqibi Co Baydenin vəkilləri isə prezidentə qarşı çıxmağa hazır olduqlarını deyib, onun sözlərini “biabırçılıq, misilsiz və qeyri-korrekt” adlandırıblar.
“Biabırçılıqdır, çünki bu, Amerika vətəndaşlarının demokratik hüquqlarını almağa yönəlik açıq cəhddir”, – bəyanatda deyilir.
Pensilvaniya, Viskonsin, Miçiqan və Corciya ştatlarında səssayma davam edir. ABŞ mediası namizədlərdən heç birinin 270 Seçici Kollegiyasının səsini qazanmadığını bildirir.
Baydenin sözlərinə görə, o, 270 səsi qazanmaq üzrədir. Hazırda seçkinin taleyi Miçiqan, Pensilvaniya və Viskonsində həll olunur. Bu üç ştatda udmaqla Bayden qələbə qazana bilər.
Tramp hələ seçkidən öncə dəfələrlə, dəlilsiz deyirdi ki, poçtla səsvermənin artması saxtakarlığa aparacaq.
“Səmimi desəm, seçkini udduq. Bu, Amerika cəmiyyəti üzərində saxtakarlıqdır”, – Tramp vacib ştatlarda qalib gəldiyini iddia edəndən sonra deyib. Prezidentin özünü seçkinin qalibi elan etmək səlahiyyəti yoxdur, hər bir ştat üzrə nəticələri seçki rəsmiləri müəyyənləşdirir.
“Seçkinin qalibini elan etmək mənə, yaxud Donald Trampa düşmür. Bu, seçicilərin yeridir”, – Bayden "Twitter"-də yazıb.
"AzPolitika.info"


Şərhlər
ABS-da Ali mehkeme,deylen qurum var,amma onun seckilere hec bir tesiri yoxdur.Bayden secildi,qurtardi,vessalam.Tramp,alver isi ile mesqul olsa yaxsidi.
oyunçu aparsın!