Menu

Avropa Liqası matçından əvvəl 8 futbolçuda koronavirus aşkarlandı

04.11.2020, 20:42
Avropa Liqası matçından əvvəl 8 futbolçuda koronavirus aşkarlandı

Avstriyanın "Volfsberq" klubunun bəzi futbolçuları koronavirusa yoluxub. "Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, komandada 8 oyunçunun testi müsbət nəticələnib.

Həmin şəxslər digər futbolçulardan təcrid edilib və hazırda evlərində karantindədir.

Qeyd edək ki, "Volfsberq" noyabrın 5-də Avropa Liqasının qrup mərhələsinin III turunda Xorvatiyada Zaqreb "Dinamo"sunun qonağı olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol