“ŞUŞA ÜÇ TƏRƏFDƏN MÜHASİRƏYƏ ALINIB..." - Rusiya KİV-i güclü hücuma hazırlıq getdiyini yazır + FOTO

Ermənistan tərəfinin guya Azərbaycan hərbçilərini Şuşa şəhərindən bir neçə kilometr kənara uzaqlaşdırdığı barədə iddialar irəli sürməyinə baxmayaraq, məlum olub ki, əslində Azərbaycan ordusu şəhəri bir gecədə üç istiqamətdən - cənubdan, qərbdən və şərqdən mühasirəyə ala bilib və indi şəhərə güclü hücum üçün son hazırlıq aparılır.

Bu barədə Rusiyanın avia.pro saytında dərc edilən məqalədə məlumat verilib.

Məqalədə təqdim olunan xəritədə qüvvələrin yerləşməsindən də aydın görünür ki, Şuşada erməni tərəfinin vəziyyəti çox əlverişsizdir: “Güclü artilleriya zərbələrindən sonra Azərbaycan qüvvələri hücuma keçə və şəhərə daxil ola bilərlər. Buraya daxil olandan sonra isə Xankəndinə yol tam açılır”.

Rusiya saytı yazır ki, ötən həftə ərzində Azərbaycan ordusu aktiv hücumlarını dayandırmasına baxmayaraq, son 24 saat ərzində Qarabağda, eləcə də Ermənistanla sərhəddə beşdən artıq yaşayış məntəqəsini ələ keçirə bilib.

635x100

Şərhlər

t.ədalət 2020-11-07 01:41:34

Açığı,bəzən yazarlarımız necə yazmağı unudur və yanışıqlığa yol verirlər.Məs.,"..beşdən artrıq yaşayış məntəqəsini ələ keçiriblər" yox,"beşdən artıq yaşayış məntəqəsini azad ediblər" kimi yazmaq lazımdır.Biz yurd yerlərimizi,ancaq azad edə bilərik.

Roma 2020-11-06 13:38:37

Tarixboyu erməniyə rus dəstəy olub. Biz nə qədər rusa yaxşılıq və erməni də pislik etsə belə yenə də onlar yaxşı biz pisik. Burada özümüzdə də günah var. Belə ki, bizim millətin arasında elələri var ki, özümüzə yəni sadə nizbətən savadsız təbəqəmizə çuşka deyir. Dünyanın başqa bir yerində belə bir hal yoxdur. Bizdə məktəblərin rus bölmələrində boş yer olmadığı halda Azərbaycan bölmələrində bəs qədər boş yerlər var, ermənistanda isə rus bölmələri demək olar ki yoxdur...

Qarabagli 2020-11-05 23:21:22

Qelebe bizimdir

t.ədalət 2020-11-05 22:05:04

Putin Vaqneri Şuşaya yerləşdirib.Putin bütün gücü ilə Azərbaycan ərazilərini işğalda saxlamağa çalışır.

Kommentator 2020-11-05 18:12:14

inshaAllah inshaAllah qurban olaq ellerinize qollariniza qardashlarimiz. Allahimiz gorunen gorunmeyen ordulariyla desteyimiz olsun. Haqqi berqerar edirik Rebbimiz de bizimledir. Allah dirnaghiniza zerer getirmesin

Roma 2020-11-05 18:04:25

Rusiya dur qırağa, biz müqəddəs torpaqlarımızı azad edək...niyə bu qədər onlara dəstəksiniz, Bakının nefti hesabına ayaqda durmusan, yoxsa indi almanların ayaqqabılarını təmizləyirdiniz...

Son yazılar