Menu

Koronavirusla mübarizə aparan tibb işçilərinə əlavənin verilməsi müddəti uzadıldı

05.11.2020, 18:55
Koronavirusla mübarizə aparan tibb işçilərinə əlavənin verilməsi müddəti uzadıldı

Nazirlər Kabineti “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərarına dəyişiklik edib.

"Report" xəbər verir ki, dəyişikliyə əsasən, koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi müddəti 2021-ci ilin yanvarın 1-dək uzadılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol